Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Sauthempton"da çıxış edən Kamaldin Sulemananı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqanı tərk edən "Sauthempton" 23 yaşlı oyunçu üçün 10 milyon avro təzminat tələb edir.
"Beşiktaş" qanalı vingerin meneceri ilə danışıqlara başlayıb. Futbolçu özü Türkiyədə oynamağa isti yanaşır.
Qeyd edək ki, "sauthempton" Kamaldin Sulemananı 2023-cü ilin yanvar ayında "Renn"dən transfer edib. Qana millisinin üzvü bu mövsüm "müqəddəslər"in heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi