"Qalib tarix yazır, digərləri isə onu oxuyur"

00:13 - 4 May 2025

"Napoli"nin baş məşqçisi Antonio Konte "Leççe" ilə oyunun yekununu dəyərləndirdi.

Sportal.az xəbər verir ki, Konte Neapollularun A Seriyasının 35-ci turunda "Leççe" üzərində 1:0 hesablı qələbə qazanmasından sonra mətbuat konfransında bunları qeyd edib:

– Bu gün vacib bir qələbə qazandıq, amma ən vacibi deyildi. Bu matçdan qorxurdum, çünki rəqib bundan əvvəl "Atalanta" ilə heç-heçə etmişdi. Sonra isə tanıdığım bir insanın başına gələn faciə (Leççenin fizioterapevtinin vəfatı) oldu. Mən "Leççe" və onun işçiləri ilə yaxın münasibətdəyəm.

Biz öz futbolumuzu oynadıq, pozitiv bir siqnal verməli idik və bunu bacardıq. Birinci hissədə yaxşı oynadıq, sonra isə bir qədər passivləşdik.

Belə oyunlar insanı yorur, onların əhəmiyyətini anlayırsan. Bu gün qazandığımız xallar taleyimizi dəyişə bilərdi. Ona görə də matç bitməmiş meydanı tərk etdim – yüngülləşməyə ehtiyacım var idi.

– Skudetto sizin şah əsəriniz olacaqmı?

– Bunu yalnız baş verəndə deyə bilərəm. Hələ olmayan şey haqqında danışmayaq, çünki son turda həm skudetto qazanmışam, həm də itirmişəm. Kim qalib gəlirsə, o, tarix yazır, digərləri isə onu oxuyur. Əgər ikinci olsaq, heç kim bizi xatırlamayacaq. Tarixi yalnız qələbələr yazır, – deyə Konte bildirib.

"Napoli" A Seriyası turnir cədvəlində 77 xalla liderdir və "İnter"i 6 xal qabaqlayır. Qeyd edək ki, milanlıların bir oyunu ehtiyatdadır.

Xəbər xətti