"Real"ın transfer planı - Rodriqo getsə...

15:37 - 4 May 2025

"Real" bu yay dörd futbolçu transfer edə bilər.

Sportal.az xəbər verir ki, "Relevo"nun məlumatına görə, "Real" yay transfer pəncərəsində 4 yeni futbolçu ilə heyətini gücləndirmək niyyətindədir. Buraya artıq razılaşdırılmış Trent Aleksander-Arnoldun ("Liverpul") transferi və əlavə üç futbolçunun mümkün transferi daxildir.

Madrid klubu əsas diqqəti sol cinah və mərkəz müdafiəçisi mövqelərinə yönəldəcək. Klub həmçinin yarımmüdafiəçi və hücumçu transferini də nəzərdən keçirir. Baş məşqçi Xabi Alonsonun fikri də bu məsələdə önəmli rol oynayacaq. Mərkəz müdafiəçisi mövqeyində əsas favorit "Arsenal"ın oyunçusu Vilyam Salibadır. Bundan əlavə, "Real"ın ehtiyat komandasında çıxış edən Xoan Martines və Hakobo Ramon da diqqətdədir.

Yarımmüdafiə xəttində isə əsas hədəf Nikolas Pasın komandaya qaytarılmasıdır.

Hücumçu transferi Rodriqonun mümkün gedişindən asılı olacaq. Klub, sabiq futbolçusu Xoselu tipində bir forvard axtarır, yəni daha klassik, cərimə meydanında təsirli olan bir hücumçu.

Xəbər xətti