Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

12:33 - 5 May 2025

Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Volfsburq" Ralf Hazenhyuttellə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı avstraliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ralf Hazenhyuttel 2024-cü ilin mart ayında "Volfsburq"un baş məşqçisi təyin olunmuşdu. Komanda Bundesliqada 32 turdan sonra 39 xal toplayıb və turnir cədvəlinin 32-ci pilləsində qərarlaşıb.

Xəbər xətti