Bu gün Misli Premyer Liqasının 34-cü turunda "Qarabağ" "Araz Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Texniki səhvlər çox oldu. Amam ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm.
- Yerli bazardan legioner transferi etmək istəyirsiz?
- Yerli çempionatımızda yaxşı legionerlər var. Mənim diqqətimi cəlb edənlər də həmçinin. Amma əfsuslar olsun ki, o oyunçular öz komandalarının aparıcı futbolçularıdır. Ona görə bir o qədər buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox kənardan istəyirik ki, oyunçu dəvət edək. Hər bir halda, daim hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var, bəzən danışırıq və onlar deyir ki, bizim oyunçulara dəyməyin (gülür). Ona görə bu məsələ inandırıcı görünmür.
- Tahir Gözəl bildirib ki, kubok bitdikdən sonra transferlərlə bağlı Qurban Qurbanovla danışacağıq...Bu haqda fikriniz necədir?
- Yekun olaraq ətraflı müzakirə edirik sonda. Amma ümumi iş rejimimizi saxlamırıq ki, mövsüm sonundan sonra başlayacağıq. Rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk.
- Müqaviləsi bitən və danışıq apardığınız oyunçularla yenilik var?
- Hələ qəti heç nə yoxdur ki, kimləsə razılaşdıq. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.
Mirbağırağa
saytlarin hazirlanmasi