Misli Premyer Liqanın 35-ci turunda keçiriləcək “Qarabağ” - “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.
Sportal.az xəbər verir ki, 3 manatdan başlanan bilet qiymətləri sektorlara uyğun dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Azarkeşlər biletləri iTicket.az-dan onlayn, iTicket.az-ın “28 və Gənclik Mall”da yerləşən məntəqələrindən, həmçinin oyun günü “Azərsun Arena”nın kassasından əldə edə bilərlər.
Mayın 18-də keçiriləcək matç saat 19:00-da start götürəcək.