Azərbaycanlı futbolçudan ayrılıq qərarı

17:55 - 15 May 2025

Kamran Əliyev mövsümün sonunda Rusiyanın SKA klubundan ayrılacaq.

Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı futbolçu müqaviləsinin müddətini uzatmayacaq.

Klub Kamrana yeni sözləşmə təklif edib. Lakin 26 yaşlı vinger ayrılıq qərarı verib. O, yeni təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Kamran Əliyev mövsümün əvvəlindən SKA-da çıxış edir. Həmyerlimiz Xabarovsk təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Əliyev 2023-cü ilin fevral ayından 2024-cü ilin iyununadək "Sumqayıt"ın formasını geyinib.

Xəbər xətti