Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında final oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Macarıstanla qarşılaşıb. Matç millimizin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz dünya çempionu olub.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Dünya çempionatı
Final
Azərbaycan – Macarıstan 4:2