Türkiyə Super Liqasında sonuncu - 38-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə "Beşiktaş" səfərdə "Bodrumspor"un qonağı olub. Matç İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Beşiktaş" mövsümü 62 xalla 4-cü pillədə yekunlaşdırıb.
Türkiyə Super Liqası
38-ci tur
"Bodrumspor" – "Beşiktaş" 0:4
Qollar: M.Hekimoğlu, 12, 45+1. J.Fernandes, 27. J. Mario, 71(pen).