Paytaxt klubunda kapitanla yeni müqavilə

00:50 - 3 İyun 2025

"Atletiko" komandanın kapitanı Koke ilə yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, 33 yaşlı ispaniyalının yeni müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Müqavilə şərtlərinə görə, hər mövsümün sonunda əgər hər iki tərəf razı olarsa, müqavilə avtomatik uzadıla bilər.

Qeyd edək ki, Koke "Atletiko"nun oyun sayına görə rekordçusudur. Onun hesabında 681 oyun var.

Xəbər xətti