"Fənərbaxça" daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Filip Kostiç Super Liqa nəhənginin sıralarını tərk edib. Klub bununla bağlı Türkiyə Futbol Federasiyasını (TFF) məlumatlandırıb.
Serbiyalı vinger müqavilə ilə məxsus olduğu "Yuventus"a qayıdacaq.
Kostiç ötən mövsümün əvvəlində icarəyə götürülmüşdü. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Fənərbaxça" müqaviləsi başa çatan Edin Ceko və Duşan Tadiçlə yollarını ayırıb.
saytlarin hazirlanmasi