FİFA-dan dünya çempionatının qalibinə xüsusi loqo

22:52 - 4 İyun 2025

Klublararası dünya çempionatının qalibi, turnirin loqosunu öz formasına dörd il müddətinə əlavə edə biləcək.

Sportal.az xəbər verir ki, ABŞ-da baş tutacaq turnir iyunun 15-dən iyulun 13-nə qədər davam edəcək. Turnir ilk dəfə 32 komandanın iştirakı ilə keçiriləcək.

İnsayder Fabrizio Romano-nun verdiyi məlumata görə, FIFA turnirin qalibi üçün xüsusi loqo hazırlayıb. Bu loqo növbəti turnirə qədər, yəni 4 il ərzində qalib komandanın formasında olacaq.

Xəbər xətti