"İnter" bu baş məşqçi ilə anlaşdı

14:58 - 4 İyun 2025

Simone İnzagi ilə yollarını ayıran "İnter"in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Komo"nu çalışdıran Sesk Fabreqasla anlaşıb. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

İspan mütəxəssis "İnter"in müqavilə şərtlərini qəbul edib. "Komo" ilə razılıq əldə olunsa, təyinat qısa zamanda açıqlanacaq.

Qeyd edək ki, Sesk Fabreqas mövsümün əvvəlində "Komo"nun baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2028-ci lin yayına kimidir.

Xəbər xətti