"Neftçi" daha iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

12:22 - 4 İyun 2025

“Neftçi” klubu daha iki futbolçu ilə yolları ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, paytaxt təmsilçisi daha əvvəl 7 oyunçu ilə vidalaşdığını açıqlayıb.

Xəbər xətti