"Bornmut"un müdafiəçisi "Liverpul"da

15:17 - 4 İyun 2025

"Liverpul" növbəti transferini rəsmiləşdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, İngiltərə çempionu "Bornmut"da çıxış edən Miloş Kerkezin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Liverpul" macarıstanlı sol cinah müdafiəçisi üçün onun klubuna 40 milyon funt-sterlinq təzminat ödəyəcək. "Qırmızılar" 21 yaşlı futbolçu ilə də 5 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, "Bornmut" Miloş Kerkezi 2023-cü ilin yayında "AZ  Alkmar"dan transfer edib. Macarıstan millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2  qol və 6  məhsuldar ötürmə ilə  yadda qalıb.

Xəbər xətti