"Liverpul"un qapıçısı Kuivin Kelleher Premyer Liqada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Brentford" irlandiyalı qolkiperi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Arılar" Kelleher üçün onun klubuna 21 milyon avro təzminat ödəyib. 26 yaşlı "əlcək sahibi" "Brentford"la 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, İrlandiya millisinin üzvü olan Kuivin Kelleher başa çatan mövsümdə "Liverpul"un heyətində 20 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi