“Neftçi” argentinalı müdafiəçi ilə maraqlanır.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” üçün “Universitatye”dən (Kluj) ayrıldıqdan sonra azad agent olan Lukas Masoeronı heyətinə qatmaq istəyir. Amma bu onlar üçün asan olmayacaq.
“GSP” nəşrinin məlumatına görə, 30 yaşlı müdafiəçi ilə “Qaziantep”, “Fatih Karagümrük”, "Gənclərbirliyi", “Baniyas”, “Əl-Dafra” klubları da maraqlıdır.
Masoero başa çatan mövsümdə 36 görüşdə 6 qol vurub, 1 asist edib. O, karyerası ərzində “İndependyente Rivadaviya”, “Deportivo Maipu”(hər ikisi Argentina), “Lokomotiv”(Plovdiv, Bolqarıstan), “Nijniy Novqorod”(Rusiya) klblarında oynayıb.
saytlarin hazirlanmasi