"Sumqayıt"dan ayrılan Rövlan Muradov sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, o, ayrılığı ilə bağlı bunları yazıb:
"Sumqayıt" ailəsindən hər kəsə salamlar. Vidalaşmaq vaxtıdır! Sizinlə keçirdiyimi iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Sizə uğurlar arzulayıram"