"Neftçi"nin yeni transferi müayinədən keçdi

15:27 - 5 İyun 2025

“Neftçi” PFK-nın yeni transferi D’Almeida Sessi Octave Emile “Liv Bona Dea Hospital”da ümumi müayinədən keçib.

Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Onun sağlamlığında heç bir problem aşkarlanmayıb.

Xəbər xətti