Lamin Yamal La Liqada ən yaxşı seçildi

17:22 - 5 İyun 2025

İspaniya La Liqasında 2024/2025 mövsümünün ən yaxşı gənc oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 23 yaşadək futbolçular arasında mövsümün ən yaxşısı Lamin Yamal seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin üzvü olan 17 yaşlı vinger Dieqo Lopez ("Valensiya"), Cud Bellingem, Arda Gülər ​​("Real"), Pedri Qonsales ("Barselona"), Fabio Silva və Alberto Moleyronu ("Las Palmas") qabaqlayıb.

Qeyd edək ki, Lamin Yamal ötən mövsüm La Liqada meydana çıxdığı 35 matçda 9 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti