"Atalanta" və İtaliya millisinin hücumçusu Mateo Reteqi İtaliyada komandasını dəyişməyə hazırlaşır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 26 yaşlı forvard "Milan"ın əsas transfer hədəfidir.
2024/2025 mövsümündə 25 qolla A seriyasının bombardiri olan Reteqi "Yuventus"la "Milan "arasında seçim edəcək.
26 yaşlı hücumçunun Berqamo təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il avqustun 8-dən "Atalanta"da oynayır. Buna qədər forvard "Estudiantes", "Boka Xuniors", "Talyeres", "Tiqre", "Cenoa" komandalarında oynamışdı.
saytlarin hazirlanmasi