Dani Alves Rusiya “Winline” Medialiqasına keçməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Mash na Sporte"nin məlumatına görə, braziliyalı futbolçu artıq MFL klubundan müqavilə şərtlərini razılaşdırıb, lakin ödəniş sxemi məsələsi hələ də həll olunmayıb.
Alves müqavilə məbləğini tam şəkildə əvvəlcədən almaq istəyir, lakin klub ilk hissəni indi, ikinci hissəni isə mövsüm bitdikdən sonra ödəməyə hazırdır. Komanda braziliyalının motivasiyasının olmamasından ehtiyatlanır. Sabiq "Barselona” müdafiəçisini ilk növbədə futbolçu kimi görürlər, media siması kimi yox.
42 yaşlı Alves şəxsi sürücüsü olan avtomobil və bahalı oteldə nömrə də tələb edib.
Futbolçunun agentləri danışıqlar zamanı bildiriblər ki, əgər klub onun şərtlərini qəbul etməsə, o, daha sərfəli təkliflər üçün ərəb çempionatlarından birinə yollana bilər.
MFL rəhbəri Nikolay Osipov məlumatı təsdiqləyib və əlavə edib ki, futbolçu ilə iki klub maraqlanır. Qeyd edək ki, Dani Alves futbolçu karyerasını 2023-cü ildə başa vurub. 2024–2025-ci illərdə o, cinsi zorakılıq ittihamı ilə 13 ay həbsdə olub.
saytlarin hazirlanmasi