"Barselona"da heyətə düşə bilməyən Andreas Kristensen komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, İspaniya çempionu yayda danimarkalı mərkəz müdafiəçisini satmağı planlaşdırır.
Eriksenə Səudiyyə Ərəbistanından təklif var. "Əl-Nəsr" 29 yaşlı futbolçunu transfer etmək istəyir. Ərəblər təcrübəli oyunçuya sərfəli maaş təklif edib.
Qeyd edək ki, Kristian Eriksen 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Danimarka millisinin üzvü başa çatan mövsümdə Kataloniya təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.
saytlarin hazirlanmasi