"Fənərbaxça"dakı maaşının 10 qatını təklif etdilər

17:26 - 7 İyun 2025

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" heyətinə Türkiyədən oyunçu cəlb etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Ukrayna klubu "Fənərbaxça"nın yarımmüdafiəçisi İsmail Yükseki transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Şaxtyor" İstanbul klubunda illik 400 min avro qazanan 26 yaşlı futbolçuya 4 milyon avro maaş təklif edib. Oyunçu özü Donetsk klubuna keçməyə isti yanaşır.

Qeyd edək ki, İsmail Yüksek ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Türkiyə millisinin üzvünün klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti