"Fənərbaxça" bu hücumçu üçün 30 milyon avro təklif etdi

15:20 - 7 İyun 2025

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" serbiyalı forvardı transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İstanbul klubu Vlahoviç üçün"Yuventus"a rəsmi təklif göndərib. Türklər 25 yaşlı futbolçuya görə onun klubuna 30 milyon avro ödəməyə hazırdır. "Fənərbaxça" oyunçunun özünə isə 10 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Duşan Vlahoviç ötən mövsüm"Yuventus"un heyətində meydana çıxdığı 41 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti