PFL Azərbaycan kubokunun qalibi oldu

16:36 - 5 İyun 2025

Futzal üzrə Azərbaycan kubokunda bu gün final oyunu keçirilib.

Sportal.az xəbər verir ki, həlledici matçda ölkə çempionu “Araz-Naxçıvan”la Birinci Liqanın gümüş medalçısı PFL qarşılaşıb.

Oyundan əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra start fiti verilib. Kubokun son qalibi “qırmızı-ağlar” görüşə ciddi itkilərlə çıxıb. Belə ki, legionerlər ölkələrinə yollandığından, final matçına ancaq yerli futzalçılarla çıxmışdı.

Hesabı PFL açsa da, cavab qolunu gözləmək çox çəkmədi. Ancaq fasiləyə qədər nominal qonaqlar daha 2 dəfə fərqləndi.

İkinci hissədə də ilk qolu PFL vurdu və fərqi artırdı. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “Araz-Naxçıvan” rəqibin fərqi artırmasının qarşını ala bilmədi. Beləliklə böyükhesablı qələbə sayəsində PFL sayca 29-cu Azərbaycan kubokunun qalibi oldu.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. Əvvəlcə hakim-inspektor və hakimlərə xatirə diplomu təqdim olundu. Ardınca final matçının ən yaxşısı fəxri tribunaya dəvət olundu. Görüşdə 4 qol vuran PFL-in üzvü Elçin İsmayılov ən yaxşı oyunçu mükafatına layiq görüldü. Daha sonra “Araz-Naxçıvan”a gümüş, PFL-lə isə qızıl medal və ölkə kuboku təqdim edildi.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim edib.

Araz-Naxçıvan – PFL (1:3) 1:7
Qollar: Xəzər Ağalızadə, 7:00 //  Elçin İsmayılov, 5:12, 20:51, 33:28, 35:19, Nicat Qafarlı, 17:17, Raqif Eyvazov, 19:36, 30:30

Xəbər xətti