Messi dubl etdi, komandası qalib gəldi - VİDEO

10:48 - 1 İyun 2025

"İnter Mayami" MLS-də növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi kollektiv "Kolumbus Kryu" qəbul edib.

Messinin komandası rəqibinə 5:1 qalib gəlib.

"İnter Mayami"nin qollarına Messi (dubl), Luis Suarez, Allende və Pikolt imza atıb. Florida ştatının təmsilçisi 29 xalla turnir cədvəlinin 3-cü pilləsindədir. 

Xəbər xətti