"Liverpul" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İngiltərə çempionunun əsas hədəfi PSJ-də çıxış edən Qonçalo Ramosdur. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Artıq klublar arasında ilkin danışıqlar başlayıb. Transferin təxminən 60 milyon avroya yekunlaşmaq ehtimalının yüksək olduğu bildirilir.
Qeyd edək ki, PSJ Qonçalo Ramosu 2023-cü ilin yayında "Benfika"dan transfer edib. Portuqaliya millisinin üzvü olan 23 yaşlı forvard bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi