"Şamaxı"dan "Sabah"a qayıtdı - RƏSMİ

16:53 - 31 May 2025

"Şamaxı" daha bir futbolçusu ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, icarə müqaviləsi başa çatan Fəxri Məmmədli məxsus olduğu “Sabah” klubuna qayıdıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç və Mayykl Tuiklə yollarını ayırıb.

Xəbər xətti