"Araz-Naxçıvan"da 2 yeni müqavilə

18:13 - 30 May 2025

Futzal üzrə Yüksək Liqanın 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviçlə müqavilənin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.

Hazırkı heyətlə bağlı da müəyyən qərarlar verilib. Klubdan verilən məlumata görə, legionerlərdən Covanni Valeryo ilə yeni anlaşma əldə olunub. Braziliyalı futzalçı da yeni mövsümü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Onunla müqavilə 1 illik imzalanıb. Yerli futzalçılarla bağlı qərar isə iyunun 5-də keçiriləcək Azərbaycan kubokunun final matçından sonra veriləcək. Oyun saat 14:00-da Olimpik Starda baş tutacaq.

Qeyd edək ki, dünən qızıl medal və çempionluq kuboku ilə təltif olunan “Araz-Naxçıvan” 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

Xəbər xətti