Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.
Sportal.az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Litva ilə qarşılaşacaq.
"ASCO Arena"da keçiriləcək görüşə 18:00-da start veriləcək.
Qeyd edək ki, Monteneqro və Litva ilə eyni qrupda yer alan Azərbaycan millisi 5 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala malik Monteneqro qrup lideridirsə, sonuncu yerdə olan Litvanın xalı yoxdur.
saytlarin hazirlanmasi