"Arsenal" legionerini komandada saxlayacaq

12:34 - 30 May 2025

Braziliya millisinin müdafiəçisi Qabriel “Arsenal”da qalacaq.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “topçular” braziliyalı müdafiəçiyə yeni müqavilə təklif edib.

Tərəflər arasında ilkin razılıq əldə olub. Qabrielin hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Ötən mövsüm braziliyalı İngiltərə Premyer Liqasının 28 matça çıxıb, 3 qol vurub, 1 asist ötürmə edib.

27 yaşlı futbolçu karyerası ərzində “Avai”, “Lill”, “Trua”, “Dinamo”(Zaqreb) klublarında oynadıqdan sonra 2020-ci ildə “Arsenal”a keçib.

Xəbər xətti