Di Mariya doğma klubuna geri döndü

00:26 - 30 May 2025

37 yaşlı Anxel Di Mariya doğma klubu olan "Rosario Sentral"a qayıdıb.

Sportal.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib, klubun mətbuat xidməti isə Di Mariyanın vurduğu qollardan ibarət videoçarx paylaşaraq "Birlikdə yazacağımız daha çox səhifələr var" başlıqlı mesaj yayımlayıb. Videonun sonunda "Evə xoş gəldin" sözləri yer alıb.

Di Mariya "Rosario Sentral" klubunun yetirməsidir. O, peşəkar karyerasına məhz bu klubun əsas komandasında başlayıb və iki il burda çıxış etdikdən sonra 2007-ci ildə "Benfika"ya transfer olunub.

Avropada Di Mariya həmçinin "Real", "Mançester Yunayted", PSJ və "Yuventus" klublarında çıxış edib. Son 2 ili isə yenidən "Benfika"da keçirmişdi.

Xəbər xətti