"Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sane klubu tərk etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, almaniyalı vinger Bundesliqa çempionunun 15,5 milyon avroluq maaş təklifini qəbul etməyib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Sane İngiltərəyə qayıda bilər. 29 yaşlı futbolçu "Tottenhem"lə danışıqlar aparır.
Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi