Azərbaycan millisinə ilk dəfə cəlb edilmiş futbolçu: "Buna nail olduğum üçün sevinirəm"

14:55 - 28 May 2025

Azərbaycan millisinə dəvət edilmiş Rauf Rüstəmli Sportal.az saytına açıqlama verib.

Fernandu Santuşun Latviya( 7 iyun) və Macarıstanla(10 iyun) görüşlər üçün yığma komandaya cəlb etdiyi gənc yarımmüdafiəçi bu cür danışıb:

"Milli komandaya dəvət edilyim üçün çox şadam. Hər bir azərbaycanlı futbolçu kimi mənim də uşaqlıqdan xəyalım millidə oynamaq idi. Buna nail olduğum üçün çox sevinirəm. Özümü yaxşı tərəfdən göstərmək üçün çox çalışacam".

Qeyd edək ki, 22 yaşlı futbolçu müqavilə ilə “Sabah”a məxsus olsa da, mövsümü “Şamaxı”da keçirib.

Mirbağırağa

Xəbər xətti