Mövsümü titulsuz başa vuran "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Super Liqa nəhəngində qalacaq. Bu barədə ESPN məlumat yayıb.
62 yaşlı mütəxəssis müqaviləsinin sonuna qədər İstanbul təmsilçisində çalışmaq niyyətindədir.
Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi