Rəşad Sadıqov: " Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir"

21:50 - 25 May 2025

"Zirə" Misli Premyer Liqasının 36-cı turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu oyundan öncə hər iki komanda qarşısına qoyulan məqsədə çatmışdı. Hər iki komandaya avrokuboklarda uğurlar arzulayıram. Aramızda çox yaxşı, prinsipial yarış keçdi. "Araz-Naxçıvan" 2-ci, biz 3-cü ola bilərdik. İki komanda da mövsümü eyni səviyyədə keçirdi. Bəzi oyunlarda bizim nəticələrimiz uğurlu alındı deyə rəqibimizi üstələdik. Maraqlı oyun oldu. İki komanda da istəkli idi. Əsas heyətin oyunçuları ilə oynadıq ki, onlar formalarını itirməsinlər. Futbolçularıma təşəkkür edirəm. Maraqlı və gərgin çempionat alındı. Mövsümün bitməsi münasibətilə futbol camiəsini təbrik edirəm.

- Klubun fəxri prezidenti Orxan Məmmədovun oyuna gəlməsinin xüsusi səbəbi var idi?

- Xeyr. Orxan müəllim futbolu sevən insandır. Minifutbol millimizin oyunu bitdikdən sonra bura gəldi. Matç bitəndən sonra futbolçulara mövsüm ərzində göstərdikləri performansa görə təşəkkür etdi. Buradan da çıxıb dərhal Rumıniya - Fransa matçına getdi. Çünki bu komandalardan biri 1/8 finalda millimizin rəqibi olacaq. Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir. Bu enerji komandaya da keçir.

Elçin Əlixan

Xəbər xətti