Mbappe "qızıl buts" mükafatını qazanacaq, əgər...

22:33 - 25 May 2025

Kilian Mbappe 2024/25 mövsümünün “Qızıl buts” mükafatını qazanacaq.

Sportal.az xəbər verir ki, “Real"ın hücumçusu La Liqada mövsüm ərzində 31 qol vurub və Avropanın ən yaxşı bombardirləri siyahısında birinci yeri tutur.

Mbappe 38-ci turda “Real Sosyedad”a qarşı oyunda (2:0) dubla imza ataraq 62 xal topladı və “Sportinq”in hücumçusu Viktor Gyökeres’i (39 qol, 58.5 xal) geridə qoydu.

Bu gün “Liverpul”un cinah oyunçusu Məhəmməd Salah da Mbappeni keçmək şansını əldən verdi. O, “Kristal Pelas”la matçda (1:1) qol vurdu, lakin 29 qolla 58 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.

Teorik olaraq, “Barselona”dan Robert Levandovski və “Atalanta”dan Mateo Retegi Mbappeni keçə bilərlər – hər ikisi 25 qol vurub və 50 xala sahibdir. Onlar Mbappeni təkrarlamaq üçün hərəsi 6 qol vurmalıdır. Hər iki oyunçu da öz komandalarının çempionatdakı son matçlarında start heyətindədirlər.

Fransalı hücumçunu keçmək üçün yalnız riyazi şansı olan daha bir futbolçu var – “Qalatasaray”ın hücumçusu Viktor Osimhen. O, 1 iyunda keçiriləcək son tur matçında 17 qol vurarsa, Mbappeni keçə bilər. Hal-hazırda nigeriyalı forvard Türkiyə çempionatında 25 qolla çıxış edir.

Xəbər xətti