Vurğun Hüseynov : "Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər"

22:09 - 23 May 2025

"Sumqayıt" Misli Premyer Liqasının 36-cı turunda səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Vurğun Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər. 

- Sizi yeni baş məşqçinin korpusunda görəcəyik?

- Bu barədə mənə heç nə deyilməyib. Gələcəkdə nələrin olacağını görəcəyik.

Elçin Əlixan

Xəbər xətti