Avro-2028 - Ev sahibləri də seçmə mərhələdə iştirak edəcək

17:56 - 21 May 2025

Ev sahibi ölkələr 2028-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsindən kənarda qala bilərlər.

Sportal.az xəbər verir ki, ev sahibləri də seçmə mərhələ oyunlarında iştirak edəcək. Bu barədə UEFA-nın Bilbaoda keçirilən iclasında qərar qəbul olunub.

Avro-2028-ə vəsiqə qazanmaq üçün milli komandalar 12 qrupda mübarizə aparacaq. Hər qrupda 4 və ya 5 komanda yer alacaq.

Qrup liderləri və ən yaxşı 8 ikinci yeri tutan ölkə birbaşa final mərhələsinə yüksələcək. Digər 4 vəsiqəsinin sahibi isə pley-off matçlarından sonra müəyyənləşəcək.

Qeyd edək ki, Avro-2028-ə İngiltərə, Uels, İrlandiya və Şotlandiya ev sahibliyi edəcək.

Xəbər xətti