"Yuventus" yayda hücumçusunu satacaq

14:41 - 19 May 2025

"Yuventus"un hücumçusu Duşan Vlahoviç yayda komandanı tərk edəcək.

Sportal.az xəbər verir ki, serbiyalı forvardın klubla gələn ilin yayında başa çatan müqaviləsinin müddətini uzadılmayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Yuventus" yayda Vlahoviçi satacaq. İtaliya klubu 25 yaşlı forvardın satşından 40-50 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qallb.

Xəbər xətti