"Sumqayıt"ın kapitanı karyerasını başa vurdu, belə yola salındı - FOTOLAR

18:38 - 17 May 2025

Aktiv futbolçu karyerasını başa vuran “Sumqayıt”ın kapitanı Vüqar Mustafayevin şərəfinə Misli Premyer Liqasının 35-ci turunun “Turan Tovuz” oyunu öncəsi tədbir təşkil olunub.

Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl 30 yaşlı yarımmüdafiəçi üçün komanda yoldaşları fəxri dəhliz düzəldiblər. Ardınca klub prezidenti Riad Rəfiyev ona xüsusi hədiyyə təqdim edib.

Daha sonra meydanın mərkəzinə yaxınlaşan oyunçu sonuncu dəfə topa toxunaraq komanda yoldaşları ilə sağollaşıb və peşəkar karyerasını sonlandırıb.

Xəbər xətti