Millimizin kapitanı Sevinc Cəfərzadə Sportal.az saytına açıqlama verib. Beş ildir ki, “Krasnodar”ın formasını geyinən yığmamızın üzvü kişi komandasının Rusiya Premyer Liqasındakı çempionluq şanslarından danışıb.
Bununla yanaşı, Cəfərzadə “Sabah”ın keçmiş, “Krasnodar”ın isə hazırkı çalışdırıcısı Murad Musayevlə klubun bazasında qarşılaşıb-qarşılaşmamasından bəhs edib:
"Mən Murad Musayevi akademiyada görəndə, o, hələ "Sabah"ın baş məşqçisi deyildi. Son zamanlarda demək olar ki, onu görməmişəm. Buna səbəb isə komandasının bazasının ayrı olmasıdır. Bizim iki böyük futbol bazamız var. Biri əsas komandaya aiddir, şəhərin digər tərəfində. Digər bazada isə qadın futbolu ilə yanaşı bütün yaş qrupları üzrə komandalar yerləşir. Əsas komandamızı görməməyimiz bazalarımızın fərqli yerlərdə yerləşməsi ilə bağlıdır. Komanda çempionluğa yaxındır. Ümid edirəm ki, “Krasnodar” layiq olduğu çempionluğu qazanacaq. Çünki bunu klub olaraq haqq edirik. Klub rəhbərliyi, prezidenti Sergey Qalitski Nikolayeviç futbolun inkişafı üçün çox böyük sərmayələr yatırır. Bu, həm də qadın futboluna aiddir. Ümumiyyətlə, bizim klubda ayrıseçklik yoxdur. Həm də çox gözəl azarkeşlərimiz var, bunu “Krasnoadr”ın hər oyununda rəqibdən asılı olmayaraq, görə bilərsiz. Düşünürəm ki, bu mövsüm çempionluğu qeyd etmək bizə qismət olacaq".
Milli komandamızın aparıcı üzvü ona "Krasnodar"da çalışmaq təklifinin gəldiyini də etiraf edib:
"Krasnodar" çox böyük klubdur. Burada beşinci ilimin necə keçdiyini heç hiss etmədim. Klub çox peşəkardır və futbolçular üçün qayğıkeşdir. Hətta "Krasnodar" tərəfdən mənə klub strukturunda bəzi işlər təklif olunub. Sadəcə mən futbol oynamağa hələ ki davam etmək istəyirəm. Göstərdikləri dəyər üçün məşqçimə və klub rəhbərliyinə öz minnətdarlığımı bildirirəm".
Mirbağırağa
saytlarin hazirlanmasi