"Qəbələ" çempionluq kubokuna qovuşdu

18:26 - 15 May 2025

I Liqada 2024/2025 mövsümünün qalibi olan "Qəbələ" mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, mükafatlandırma mərasimi çempionatın XXVI turunun "Zaqatala ilə oyunundan (4:0) sonra təşkil olunub.

Qəbələ şəhər stadionunda keçirilən tədbirdə "qırmızı-qaralar"a kubok və medallar təqdim olunub.

"Qəbələ"yə mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Xəbər xətti