Azərbaycan - Ukrayna matçının yeri və başlama vaxtı müəyyənləşdi

17:15 - 14 May 2025

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Sportal.az xəbər verir ki, D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Matç saat 20:00-da başlayacaq.

Xəbər xətti