Braziliya millisinin hücumçusu Rafinyanın "Barselona" ilə yeni müqaviləsi yaxın günlərdə rəsmiləşəcək.
Sportal.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb. Yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər olacaq. Hazırda tərəflər razılaşmanın detalları, xüsusilə də təzminat məbləği üzərində işləyirlər. Mənbənin yazdığına görə, bu məsələlər danışıqlara mənfi təsir etməyəcək.
Hazırda Rafinyanın "Barselona" ilə mövcud müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Müqavilə uzadıldıqdan sonra braziliyalı futbolçu Kataloniya klubunun ən yüksək maaş alan oyunçularından birinə çevriləcək.
Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"nın formasını geyinir və əvvəllər də klubda qalmaq istədiyini bəyan etmişdi.
saytlarin hazirlanmasi