AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, 2025/2026-cı illər mövsümünün çempionu "Neftçi" olub.Ötənilki uğurunu təkrarlayan Siyasət Əsgərovun komandası çempionluğu 12-ci turda "Dirçəliş" üzərində qələbə (3:0) ilə rəsmiləşdirib.
"Ağ-qaralar" ən yaxın izləyicisi "Sumqayıt"ı 10 xal qabaqlayırlar.
Qeyd edək ki, liqada 6 komanda mübarizə aparır - "Neftçi", "Sumqayıt", "Dirçəliş", "Araz-Naxçıvan", "Baku Jinyors" və "Qəbələ".Beləliklə, paytaxt təmsilçisi yenidən UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb.
saytlarin hazirlanmasi