"Bayer" Alonsonun əvəzinə...

01:08 - 10 May 2025

Sesk Fabreqas "Bayer"də Xabi Alonsonun əsas əvəzləyici namizədi sayılır.

Sportal.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Fabreqasın oyun üslubu son mövsümlərdə "Bayer"in oyun fəlsəfəsinə uyğun gəlir. O, topa sahib olmağa, müasir futbola uyğunlaşdırılmış vertikal oyuna önəm verir.

Bununla belə, qeyd olunur ki, Fabreqasın təklifi qəbul edib-etməyəcəyi ilə bağlı müəyyən tərəddüdləri var. Xüsusən də nəzərə alsaq ki, Sesk "Komo" klubunda yalnız baş məşqçi deyil, həm də səhmdardır. Üstəlik, onun başqa təklifləri də ola bilər.

Qeyd edək ki, Xabi Alonso artıq "Bayer"dən ayrılacağını açıqlayıb.

Xəbər xətti