"Neftçi" final seriyasında ümumi hesabı bərabərləşdirdi

21:14 - 8 May 2025

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Neftçi" final super seriyasının 4-cü oyunu baş tutub.

Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyuna "Neftçi" klubu üstün başlayıb və "Sabah" üzərində 84:66 hesablı qələbə qazanıb. Bu qələbə ilə birlikdə "Neftçi" final seriyasında ümumi hesabı 2:2 edib.

Qeyd edək ki, final seriyasının 5-ci oyunu 11 may tarixində oynanılacaq. Super seriyada ən tez 4 qələbə qazanan klub Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümünün çempionu olacaq.

Xəbər xətti