"PSJ ilə yeni müqavilə imzalamağım klubdan asılıdır"

15:51 - 8 May 2025

PSJ-nin qapıçısı Canluici Donnarumma gələcəyi barədə danışıb.

Sportal.az xəbər verir ki, müqaviləsi gələn ilin yayında başa çatan italyan qolkiper Paris klubunda qalmaq istədiyini bildirib:

"Mənim klubla daha bir illik müqaviləm var. PSJ qalmağımı istəsə, qalacağam. Sadəcə yeni müqavilə imzalamalıyıq. Amma bu, klubdan asılıdır".

Qeyd edək ki, Canluici Donnaruma 2021-ci ilin yayından PSJ-də çıxış edir. 26 yaşlı qapıçı bu mövsüm Paris təmsilçisinin heyətində 36 rəsmi matçda iştirak edib.

Xəbər xətti